G7 ölkələri Çinə qarşı davranışla bağlı razılığa gələ bilmirlər...

Böyük Yeddilik ölkələri və Avropa İttifaqı rəsmi bəyanatlarda Çinə qarşı hansı ritorikadan istifadə edilməsi barədə razılığa gələ bilmirlər...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşrinin məlumatında bildirilir.

Nəşr yazır ki, G7 ölkələri Xirosima sammitində Çindən gələn iqtisadi təzyiqlərə qarşı birgə səylər barədə razılığa gəlmək niyyətindədirlər. Lakin dünyanın yeddi ən inkişaf etmiş ölkəsi və Aİ pərdə arxasında Çinin yekun bəyanatında nə dərəcədə yer alması barədə mübahisə edirlər.

FT yazır ki, avropalı rəsmilər Çin əleyhinə sərt bəyanatlardan çəkinirlər və kuluarlarda deyirlər ki, danışıqlar yolu ilə Pekinə təsir etmək daha doğru olardı.

“Hansı hərəkətlərlə razılaşmadığımızı, onları törətməkdə kimi ittiham etdiyimizi ad çəkmədən açıqlaya bilərik. Doğrudanmı barmağımızı Çinə yönəltməliyik?”, deyə FT-yə adının açıqlanmasını istəməyən bir avropalı diplomat bildirib.

Mənbə iddia edir ki, ABŞ Tayvan ətrafındakı vəziyyətə görə Çinə qarşı sərt ritorikaya nail olmaq istəyir. Amma çox şey bu il G7-yə sədrlik edən Yaponiyanın mövqeyindən asılı olacaq, deyə nəşr qeyd edir.

Qeyd edək ki. Böyük Yeddilərin Xirosima sammiti mayın 19-da başlayır. Yaponiya hüquq-mühafizə orqanları iştirakçı ölkələrin çoxsaylı nümayəndə heyətlərinin gəlməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib. Asayişin təmin edilməsinə 24 minə yaxın təhlükəsizlik işçisi cəlb edilib.

Poliqon.info