Qarabağ separatçıları məhbuslar üçün “amnistiya” elan edəcək

Qarabağdakı separatçı rejim müəyyən kateqoriyadan olan məhbuslar üçün “amnistiya” elan etmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın Hraparak qəzeti məlumat yayıb.

Qəzet yazır ki, müvafiq “layihə” artıq qondarma “qanunverici orqana” təqdim olunub.

““Layihə”də 2023-cü il aprelin 1-dək cinayət törətmiş və ya göstərilən müddət ərzində cinayət törətməkdə şübhəli bilinən şəxslərə “amnistiya” elan edilməsi təklif edilir”, deyə Hraparak bildirir.

Qeyd edilir ki, “Amnistiya aktı” 100-ə yaxın şəxsə şamil ediləcək.

Poliqon.info