Putin dünyada yalnız iki nəfərdən qorxur və hörmət edir - Keçmiş KQB əməkdaşı

"Çin öz oyununu oynayan ölkədir və Putin üçün bu oyunu oynamaq kifayət qədər çətindir"...

KQB-nin və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov hesab edir ki, Rusiya prezidenti Vladimir Putin üçün dünya siyasətində cəmi iki lider var. Ekspertin sözlərinə görə, Rusiya prezidentinin hörmət etdiyi azsaylı şəxslərdən biri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandır.

Poliqon xəbər verir ki, Sergey Jirnov bu barədə "Kanal 24"ə danışıb.

Onun sözlərinə görə, Putinin Ərdoğana hörməti 2015-ci ilin noyabrında Türkiyənin Rusiya qırıcısını vurması ilə ən yüksək həddə çatıb. Eyni zamanda, Jirnovun fikrincə, Qərbdə elə bir adam yoxdur ki, Rusiya prezidenti ona xor baxmasın.

Keçmiş KQB əməkdaşı əlavə edib ki, Putin Ərdoğandan başqa yalnız Si Cinpindən qorxur və ona hörmət edir. Bununla belə, Kreml rəhbəri Çin liderini daha çox qısqanır, çünki ÇXR böyük, əhalisi çox olan ölkədir.

"Çin öz oyununu oynayan ölkədir və Putin üçün bu oyunu oynamaq kifayət qədər çətindir", deyə Jirnov qeyd edib.

Poliqon.info