Rusiya yanacağı Ukrayna bazarına necə daxil olur?

Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara baxmayaraq, Rusiya yanacağı hələ də üçüncü ölkələr vasitəsilə təkrar ixrac sxemi ilə Avropa və Ukraynaya çatır...

Poliqon xəbər veirr ki, bunun iqtisad elmləri namizədi Oleksandr Xmelevski UNİAN-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, neft məhsulları Avropaya Rusiyada deyil, başqa ölkələrdə istehsal olunan yanacaq kimi çatır.

“Rusiya yanacağı Ukraynaya təkrar ixrac sxemi ilə Polşa, Baltikyanı ölkələr, Türkiyə və s.-dən gətirilir. Rusiya hazırda neft və neft məhsullarını Türkiyə, Hindistan, Misir, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və başqa digər ölkələrə tədarük edir. Oradan neft məhsulları Avropaya çatır. Belə ki, yanacaq Rusiyada deyil, sanksiyalar altında olmayan digər ölkələrdə istehsal olunur”, deyə iqtisadçı bildirib.

Eyni zamanda ekspert bildirib ki, Rusiya yanacağı Avropa ölkələrinin neft məhsulları ilə müqayisədə 25%-ə qədər endirimlə satılır. Belə bir endirim əlavə qazanc əldə etmək üçün risk götürməyə və sanksiya tətbiq olunmuş mallarla işləməyə hazır olan neft treyderlərinin aktivləşməsinə səbəb olub.

“İndi Ukrayna bazarı sözün əsl mənasında şübhəli mənşəli yanacaqla doludur”, deyə ekspert izah edib və qeyd edib ki, Nazirlər Kabinetinin Ukraynaya Rusiya izləri olan yanacağın idxalına qadağa qoyması Rusiya ilə işləyən tədarükçülərə ciddi ziyan vurmayacaq:

"Ukraynaya Rusiya yanacağını idxal edən tədarükçülər gömrükdə malın mənşə sertifikatını təqdim edirlər, burada Rusiya əvəzinə tranzit ölkələr göstərilib. Bundan əlavə, Rusiya yanacağı tez-tez başqa ölkələrdə istehsal olunan yanacaqla qarışdırılır və mənşə sertifikatı da var. Ona görə də bu yanacağın Rusiyaya məxsus olduğunu öyrənmək praktiki olaraq mümkün olmayacaq”.

Qeyd edək ki, mayın 9-da Ukrayna Nazirlər Kabineti Rusiya neft məhsullarının ölkəyə daxil olması ehtimalının qarşısını almaq üçün mənşəyi məlum olmayan yanacağın idxalına qadağa qoyub.

Energetika Nazirliyi hesab edir ki, Rusiya Federasiyasından gələn yanacaq bundan sonra Ukrayna bazarına daxil ola bilməyəcək. Bu, Ukraynanın milli maraqlarını və suverenliyini qorumaq üçün daha bir mühüm addımdır.

Poliqon.info