Qərb yeni müttəfiqlər axtarışında - G7 və Aİ Rusiya və Çinə qarşı “qlobal təkliflər döyüşü”nə hazırlaşır...

G7 və Aİ bir qrup ölkə ilə tərəfdaşlıq üçün Rusiya və Çinlə rəqabətə hazırlaşır...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir. Agentlik yazır ki, G7 dövlətləri və Avropa İttifaqı Braziliya, Vyetnam, Cənubi Afrika və Qazaxıstanı Rusiya və Çinlə əməkdaşlıqdan çəkindirmək üçün “qlobal təkliflər” planları hazırlayır.

Mayın 19-da Yaponiyada keçiriləcək G7-nin illik toplantısında “qlobal təsir” uğrunda mübarizəyə start veriləcək.

Bloomberg-in mənbələri qeyd edib ki, Qərb Çin sərmayəsi və Rusiyanın yardım siyasətinə qarşı daha ciddi dəyərə əsaslanan və daha real ticarət, o cümlədən təhlükəsizlik təklifləri ilə çıxış edəcək.

Agentliyinin mənbələri hesab edirlər ki, Hindistanın təhlükəsizlik və xarici siyasət xidmətləri ABŞ-a qarşı çox şübhəli yanaşırlar və buna görə də Yeni Dehlinin Moskvanın tərəfini tutacağı gözlənilir. Vyetnam da Rusiyaya bağlı qalacaq, baxmayaraq ki, bu ölkədə ABŞ öz istehsal gücünü artırıb.

Bloomberg qeyd edir ki, “qlobal təkliflər döyüşü”ndə Qazaxıstan strategiyada əsas yeri tutur.

Aİ isə Braziliya ilə strateji tərəfdaşlığını yeniləmək istəyir və ABŞ Amazonu qorumaq üçün strategiyaya dəstək vermək üçün 500 milyon dollarlıq tranş elan edib.

Poliqon.info