Paparazzilərin təqib etdiyi şahzadə Harri qəzadan güclə qurtarıb...

Şahzadə Harri və Meqan paparazzilər tərəfindən təqib edilərkən az qala qəzaya uğrayacaqdılar...

Poliqon xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

“Mayın 16-da axşam Nyu Yorkda şahzadə Harri və Meqan Marklın avtomobili paparazzilər tərəfindən təqibə məruz qalıb və bu zaman şahzadənin avtomobili az qala qəzaya uğrayacaqdı”, şahzadənin sözçüsü Agentliyə bildirib. Sözçü baş verən hadisəni “paparazzilər fəlakətli təqibi” adlandırlb.

Şahzadənin mətbuat katibinin sözlərinə görə təqib iki saatdan çox davam edib. “Bu amansız təqib zamanı yolda digər avtomobillərlə, piyadalarla və polislərlə az qala toqquşma baş verib”, deyə sözçü qeyd edib.

AP-nin məlumatına görə, təqibə bir yığın qara şüşəli avtomobil cəlb edilib.

Nyu-York polisi hadisə ilə bağlı məlumatı hələlik rəsmi şəkildə təsdiqləməyib.

Polioqn.info