Putin İran-Azərbaycan dəmir yolunun tikintisindən danışdı...

Rusiya, İran və Azərbaycan arasında dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir...

Poliqon xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya lideri İran prezidenti İbrahim Rəisi ilə birlikdə videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması mərasimində iştirak edib

“Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik. Bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün lazımi hüquqi baza yaradacaq”, deyə Putin bildirib.

Astara-Rəşt yolun Sankt-Peterburqdan Mumbay limanına (Hindistan) uzanan multimodal marşrutu olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi daxilində uzunluğu 7,2 min km olan hissəsidir. Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir.

İran Astara-Rəşt dəmir yolunun tikintisi layihəsinə dair sazişi hələ 2005-ci ildə imzalayıb. Tikintinin aktiv mərhələsi yalnız 2018-ci ildə başlayıb.

Poliqon.info