Qırğızıstanda terrorçularla polis arasında atışma olub, ölən və yaralanan var

Ərazidə DİN-in əməliyyat-istintaq qrupu fəaliyyət göstərir...

Qırğız Respublikasının Çuy vilayətinin Dmitriyevka kəndində xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində silahlı terrorçu zərərsizləşdirilib, iki polis əməkdaşı yaralanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

DİN və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbərləri hadisə yerindədir.

Ərazidə DİN-in əməliyyat-istintaq qrupu fəaliyyət göstərir.

Paytaxt Bişkekə gedən yol güc strukturlarının əməkdaşları tərəfindən bağlanıb. Yerli sakinlər bildirib ki, silahlılar barrikada qurub. Onların insanları girov götürdükləri də ehtimal edilir.

Sosial şəbəkələrdə silahlı qrupun mədrəsəni ələ keçirməsinə dair məlumat yayılıb. Ancaq hüquq-mühafizə orqanları bunu nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, Dmitriyevka kəndi ölkə paytaxtı Bişkekdən 30 km aralıda yerləşir.

Poliqon.info