Ukraynada “Patriot” sistemi Rusiyanın raket zərbəsindən sonra zədələnib

Ukraynada Rusiyanın raket zərbəsi nəticəsində “Patriot” hava hücumundan müdafiə sistemi sıradan çıxıb...

Ukraynaya çatdırılan ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərindən biri Rusiyanın raket zərbəsi nəticəsində zədələnib.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Hava hücumundan müdafiə sisteminin dəqiq harada yerləşdiyi barədə məlumat verilmir. Mənbə onu da qeyd edib ki, “Patriot” sistemi sadəcə zədələnib, məhv edilməyib.

“İndi dəymiş ziyanın miqyası qiymətləndirilir. Sistemin Ukraynada təmir oluna biləcəyi halda onun Ukraynadan çıxarılmasına ehtiyac olmayacaq”, deyə mənbə bildirib.

Poliqon.info