Maliyyə Nazirliyi Milli Hidrometeorologiya Xidmətində yoxlamaların vaxtını uzatdı

Yoxlamaların xidmətin regional mərkəzlərində də aparılacağı gözlənilir...

Maliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində aprel ayında başlatdığı 1 aylıq yoxlamaların vaxtını əlavə bir ay da uzadıb.

Bu barədə Pravda.az-a Maliyyə Nazirliyindəki etibarlı mənbədən məlumat daxil olub.

Bildirilib ki, Hidrometeorologiya Xidmətində ciddi yoxlamalar aparılır. Yoxlamaların xidmətin regional mərkəzlərində də aparılacağı gözlənilir.

Poliqon.info