Dövlət Departamenti: Ermənistan və Azərbaycan arasında davamlı sülh mümkündür...

Dövlət Departamentinin mətbuat katibi İrəvanla Bakı arasında aparılan danışıqları müsbət qiymətləndirib...
“Vaşinqton hesab edir ki, Ermənistanla Azərbaycan arasında davamlı sülh mümkündür”.

Poliqon xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqton danışıqlarını şərh edərkən deyib.

“ABŞ bu danışıqların tərəfi deyildi. Lakin Arlinqtonda apardığımız danışıqların davamı olaraq, bunun irəliyə doğru atılmış mühüm addımlar olduğuna inanırıq və iki ölkə arasında davamlı sülhün mümkün olduğuna inanmağa davam edirik”, deyə Dövlət Departamentinin bildirib.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda danışıqlar 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Bundan sonra mayın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş baş tutub.

Poliqon.info