Rusiya Ukraynadakı müharibəyə xərclərini 282% artırır...

2023-cü ilin ilk iki ayında Rusiya orduya planlaşdırdığı illik vəsaitin 40%-dən çoxunu Ukraynaya qarşı müharibəyə xərcləyib...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin Rusiyanın xəzinə məlumatlarına istinadən verdiyi məlumata görə, ötən il bu məqsədlə 525,4 milyard rubl xərclənib. Bu il təkcə yanvarda Rusiya höküməti orduya 1,18 trilyon rubla yaxın büdcə ayırıblar. Fevralda əlavə olaraq 822,4 milyard rubl ayrılıb.

Ölkənin 2023-cü ilin ilk aylarında ümumi hərbi xərcləri 2 trilyon rublu (təxminən 26 milyard dollar) ötüb ki, bu da bütün 2023-cü il üçün rəsmi olaraq planlaşdırılan müdafiə xərclərinin 40%-dən çoxunu təşkil edir.

2023-cü ilin yanvar-fevral aylarını ötən ilin eyni dövrü ilə müqayisə etsək, Rusiyanın hərbi xərcləri 282% artıb.

Jurnalistlər yalnız yanvar-fevral ayları üçün xərclər haqqında yazırlar, çünki Rusiya Maliyyə Nazirliyi mart və aprel ayları üçün müvafiq məlumatları hələ açıqlamayıb. Eyni zamanda, yanvar-aprel aylarında Rusiya büdcəsinin kəsiri 2022-ci ildəki 1,2 trilyon rubl profisitlə müqayisədə 3,4 trilyon rubl təşkil edib.

Qeyd edək ki, ötən ilki hesablamalara görə, Rusiya Ukrayna ilə müharibəyə gündə 900 milyon dollar xərcləyib.

Poliqon.info