Fransa ukraynalı pilotları öyrətməyə hazırdır, lakin Ukraynaya döyüş təyyarələri verməyəcək...

Makron bildirib ki, Fransa Ukrayna ordusu üçün pilotlar hazırlayacaq, lakin Ukraynaya döyüş təyyarələri verməyəcək...

Poliqon xəbər verir ki, Makron bu barədə bazar ertəsi TF1 telekanalına müsahibəsində deyib.

Fransa prezidenti qeyd edib ki, onun ölkəsi Ukraynaya yeni döyüş sursatı və raketlər verəcək və ukraynalı hərbi pilotları hazırlayacaq. Lakin Makron qeyd edib ki, Ukraynaya döyüş təyyarələri verməyəcək.

“Biz ölkənin şərqində ukraynalılarla təlim keçməyə qərarına gəldik. Bu onların onların əks-hücum əməliyyatı keçirmələri üçün vacibdir”, deyə Makron vurğulayıb.

Ukraynaya döyüş təyyarələrinin təhvil verilib-verilməyəcəyi ilə bağlı suala Fransa prezidenti belə cavab verib: “Xeyr, mən təyyarələrdən danışmamışam, raketlərdən danışmışam, təlimdən danışmışam”.

Poliqon.info