ABŞ Ukrayna üçün Almaniyaya 31 “Abrams” tankı göndərib...

Pentaqon Ukrayna ordusuna təlim keçmək üçün Almaniyaya 31 “Abrams” tankının çatdırıldığını təsdiqləyib...

Poliqon xəbər verir ki, Pentaqonun sözçüsü Patrik Rayder Almaniyaya 31 Abrams tankının çatdırıldığını bildirib. Bu tanklarda Ukrayna hərbiçiləri təlim keçəcək. Daha sonra həmin tanklar Ukraynaya göndəriləcək.

“31 M1 Abrams tankı Ukrayna tank qruplarının sonrakı təlimlərinə hazırlaşmaq üçün Almaniyaya gəlib”, deyə Patrik Rayder bildirib.

Qeyd edək ki, 31 “Abrams” tankının Ukraynaya təhvil verilməsi planları Ağ Ev tərəfindən 2023-cü il yanvarın sonunda açıqlanıb.

“M1 Abrams” 1980-ci ildən istehsalda olan ABŞ-ın əsas döyüş tankıdır. ABŞ Ordusu və Dəniz Piyadaları Korpusu, həmçinin Misir, Avstraliya, Mərakeş və bir sıra Yaxın Şərq dövlətlərinin silahlı qüvvələrinin arsenalında bu tanklar var.

Poliqon.info