ABŞ Türkiyədə prezident seçkilərinin istənilən qalibi ilə işləməyə hazırdır...

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ hakimiyyəti Türkiyədə ümumi seçkilərin dinc şəraitdə keçirildiyinə inanır...

Poliqon xəbər verir ki, Ağ Evin nümayəndəsi bu barədə brifinqdə bildirib. Kirbi qeyd edib ki, kimin Türkiyə prezidenti olacağı hələ bəlli deyil, lakin Amerika lideri Co Bayden istənilən siyasətçi ilə əməkdaşlığa hazırdır.

“Türk xalqını dinc və demokratik yolla iradəsini ifadə etməsi münasibətilə təbrik edirik. ABŞ Prezidenti Co Bayden seçkilərdə qalib gələn şəxslə işləməyi səbirsizliklə gözləyir. Amma kimin prezident olacağı hələ aydın deyil”, deyə Kirbi bildirib.

Qeyd edək ki, Türkiyənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda qalib gələcəyinə əmin olduğunu bildirib.

Poliqon.info