Qırğızıstanda keçmiş deputat hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur

Qırğızıstanda keçmiş deputat Ravşan Ceenbekov hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur...

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun vəkili bildirib ki, keçmiş deputata “Kempir-Abad” işi çərçivəsində yeni ittiham irəli sürülüb.

Onun sözlərinə görə, istintaq altında olan şəxs, eləcə də “Kempir-Abad” işinin digər üzvləri hakimiyyəti zorla ələ keçirməyə və saxlamağa cəhddə şübhəli bilinirlər.

Bundan əvvəl istintaqın yekunlaşdığı bildirilirdi.Xatırladaq ki, Kempir-Abadın şəhərinin Müdafiə Komitəsi 22 oktyabr 2022-ci ildə yaradılıb.

Buraya fəallar, siyasətçilər və deputatlar daxil idi.

Həmin gün prezident Sadır Japarov “Kabar” agentliyinə müsahibəsində deyib:“Kempir-Abadda keçirilən mitinq və yürüşlərin arxasında kimin dayanması barədə hakimiyyətdə məlumat var”.

Oktyabrın 23-də kütləvi həbslər başladı.

Hakimiyyət iğtişaşlara hazırlıq ittihamı ilə 27 nəfəri həbsxanaya göndərib.

Poliqon.info