Rusiyada yüksək rütbəli məmurlara müharibə zamanı istefa vermək qadağan edildi...

Kreml yüksək rütbəli rus məmurlarına müharibə zamanı istefa verməyi qadağan edib və bununla razılaşmayanlar cinayət təqibi ilə hədələnib...

Poliqon xəbər verir ki, bu barədə Important Stories nəşri dörd mənbəyə istinadən məlumat yayıb. Nəşrə keçmiş FTX zabiti, Rusiya vilayətlərindən birinin qubernatoru ilə işləyən siyasi məsləhətçi və prezident administrasiyasının (AP) yüksək rütbəli məmurlarının iki tanışı danışıb.

Keçmiş FSB zabiti deyir: “Mən qubernatorların öz postlarını tərk etməyə çalışdıqları ən azı iki hadisədən xəbərdaram, lakin Prezident Administrasiyasının Daxili Siyasət Müdirliyi onlara nəinki qadağa qoyub, hətta cinayət təqibinə işarə edib”.

Bu qadağadan Prezident Administrasiyasındakı məmurun tanışı da eşidib: “Müharibə başlayandan sonra getmək istəyənlər çoxdur. Hamı getsə, nəzarət də itiriləcək”.

Prezident Administrasiyasında vəzifədən getmək istəyi xəyanət kimi qiymətləndirildiyi üçün məmurlara “birlik nümayiş etdirmək” tapşırığı verilib.

Bundan əvvəl bir neçə FTX zabiti bildirmişdi ki, Putinin elan etdiyi səfərbərliyə görə istefa verə bilməyiblər. Prezidentin fərmanına əsasən, müqavilə əsasında işləyən hərbçilər (FTX işçilərinin əksəriyyəti də bura aiddir) müqavilə müddəti bitdikdən sonra da işdən çıxa bilməzlər. Lakin qadağanın dövlət qulluqçularına da şamil olunması əvvəllər məlum deyildi.

Poliqon.info