Türkiyə parlament seçkilərində son nəticələr və ortada olan mənzərə...

Kılıcdaroğlunun təmsil etdiyi düşərgədə sol və millətçi, eyni zamanda mühafizəkar qruplar birləşib...

Politoloq: “Türkiyə seçkilərində gözlənilən mənzərə oldu. Böyük ehtimalla “Cümhur İttifaqı”nın Türkiyədə parlamentdə, prezident seçkilərində də çoxluq qazanacağı proqnozlaşdırılırdı”.

“Bütövlükdə seçki nəticələrinin monitorinqinə baxanda görünür ki, Türkiyə əhalisinin 65 faizi sağ mərkəzçiliyə səs verib və Türkiyədə solçuluq meyarları ciddi şəkildə öz tərəfdarlarını itirəcək”.

Bu sözləri politoloq Tural İsmayılov Türkiyədə keçirilən seçkilərin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyə parlament seçkilərində son nəticələrə baxarsaq, ortada olan mənzərəni necə dəyərləndirmək olar? Kılıcdaroğlunun təmsil etdiyi düşərgədə sol və millətçi, eyni zamanda mühafizəkar qruplar birləşib. Seçkidən sonra bu ittifaqın taleyi necə görünür?

Seçkilərdən sonra Kılıcdaroğlunun rəhbərlik etdiyi Partiyanın taleyini Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Türkiyənin yaxın gələcəyinin sağçı düşüncələr üzərində qurulduğunu da indiki seçkilər bir daha sübut etmiş olur”.

Bundan sonra artıq “Altılıq İttifaqda” olan müxalifət daxilində çox ciddi çəkişmələrin olacağını proqnoz edən politoloq Poliqon-a bildirib ki, əvvəlcə Meraş Akşener Millət İttifaqını tərk edəcək:

“Türkiyə seçkilərində gözlənilən mənzərə oldu. Böyük ehtimalla Cümhur İttifaqının Türkiyədə parlamentdə, prezident seçkilərində də çoxluq qazanacağı proqnozlaşdırılırdı. Əslində, Türkiyə xalqı ölkəyə qarşı çevrilmiş məkirli planların fərqinə vardığını əsaslı surətdə sübut etmiş oldu. Cənab Rəcəb Tayyib Ərdoğanın böyük səs çoxluğu ilə Kamal Kılıçdaroğlunu üstələməsi bu deyilənlərin göstəricisidir.

Həmçinin nəzərə almaq lazımdır ki, Türkiyə Böyük Millət Məclisində də AKP, MHP və yenidən Rifah Partiyasından ibarət olar “Cümhur İttifaqı” səslərin böyük qismini əldə edib. Parlamentdə çoxluq da hazırkı iqtidar komandasına aiddir.

Tural İsmayılov: “Türkiyə xalqı ölkəyə qarşı çevrilmiş məkirli planların fərqinə vardığını əsaslı surətdə sübut etmiş oldu”.

Bütövlükdə seçki nəticələrinin monitorinqinə baxanda görünür ki, Türkiyə əhalisinin 65 faizi sağ mərkəzçiliyə səs verib və Türkiyədə solçuluq meyarları ciddi şəkildə öz tərəfdarlarını itirəcək. Bu baxımdan seçkilərdən sonra sağ mərkəzçiliyin vahid komanda şəklində daha da gücləndiyini görürük. Türkiyənin yaxın gələcəyinin sağçı düşüncələr üzərində qurulduğunu da indiki seçkilər bir daha sübut etmiş olur.

Hesab edirəm ki, bundan sonra artıq “Altılıq İttifaqda” olan müxalifət daxilində çox ciddi çəkişmələr olacaq. Əvvəlcə Meraş Akşener Millət İttifaqını tərk edəcək. Ardınca isə HDP və Əli Babacanla, Əhməd Davudoğlunun rəhbərlik etdiyi qurumların da oranı tərk edəcəyini düşünürəm. Təbii ki, son olaraq ola bilsin ki, Millət İttifaqında CHP və Demokat Partiyası qalsın. Hətta, daha çox mühafizəkərların təmsil olunduğu Təməl Karamanoğlunun rəhbərlik etdiyi Saədət Partiyasının da “Millət İttifaqı”ndan ayrılacağını düşünürəm”.

Nərminə UMUDLU Poliqon.info