Puşilin: Ukrayna ordusu bütün cəbhə boyu aktivləşib...

Denis Puşilin Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhələrdə aktivləşdiyini bəyan edib...

Rusiya tərəfindən ilhaq edilmış “Donetsk Xalq Respublikası”nın rəhbəri vəzifəsini icra edən Denis Puşilin bildirib ki, Ukrayna Silahlı Qüvvələri bütün cəbhənin təmas xətti boyunca irəliləyir.

Poliqon xəbər verir ki, Puşilin “Rossiya 24” telekanalının efirində bildirib.

Puşilinqeyd edib ki, Ukrayna qoşunları Rusiya Silahlı Qüvvələrinin mövqelərini yoxlamağa və kəşfiyyat aparmağa çalışır.

Separatçının sözlərinə görə Ukrayna ordusunun bütün cəbhə boyu aktivləşməsi əks-hücum deyil, sadəcə Kiyev cəbhə xəttində zəif nöqtələri öyrənməyə cəhd edir.

Poliqon.info