Hindistan 105 karatlıq “Kuh-i-Nur” almazını Böyük Britaniyadan geri istəyir...

Hindistan Böyük Britaniyanın müstəmləkəçilik dövründə ölkədən apardığı əfsanəvi xəzinələrin, o cümlədən Britaniyanın kral taclarında istifadə edilən qiymətsiz “Kuh-i-Nur” almazının geri qaytarılmasını tələb etməyə hazırlaşır...

Poliqon xəbər verir ki, Hindistanın baş naziri Narenda Modinin baş nazir olaraq əsas hədəfi olduğu bildirilən tarixi əsərlərin geri qaytarılması prosesində ilk addımı kraliyyət zinət əşyaları arasında ən möhtəşəmlərindən biri olan “Kuh-i-Nur” almazının vətənə gətirilməsini təmin etməkdir.

Parlaq, bənzərsiz və 105 karatlıq “Kuh-i-Nur” almazı 17-ci əsrin əvvəllərində Muğal İmperatorunun taxtına aiddir. Ordan Hindistan hökmdarlarına, Pəncab Krallığının işğalından sonra ingilis “Şərqi Hindistan Şirkəti” vasitəsilə 1850-ci ildə Kraliça Viktoriyaya çatdığı deyilir.

Bu gün kral daş-qaşlarının inventarında olan almaz 1953-cü ildə Kraliça II Elizabetinin tacqoyma mərasimində taxdığı tacda yer alırdı. Britaniyanın Teleqraf qəzetinin yazdığına görə, hind diplomatlar daş-qaşları geri qaytarmaq cəhdini 90 illik Britaniya müstəmləkəçiliyinə istinad edərək, “keçmişlə hesablaşma” adlandırırlar. Bu prosesin iki ölkə arasında ticarət əlaqələrinə mənfi təsir göstərəcəyi qeyd olunur.

Poliqon.info