Pərviz Şahbazov: "Azərbaycanda elektrik enerjisi istehsalı 6,5 % artıb"

Bu ilin yanvar-aprel aylarında, operativ məlumatlara əsasən, Azərbaycanda 9 milyard 852,1 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

P. Şahbazovun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.

Nazir bildirib ki, bu müddət ərzində elektrik enerjisinin ixracı 1 milyard 244,1 milyon kVt/saat, idxal isə 41,1 milyon kVt/saat təşkil edib.

Poliqon.info