Bakıda kişi həyat yoldaşını bıçaqlayıb

Bakıda bıçaqlanma hadisəsi baş verib
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 13-ü saat 06:15 radələrində Mərdəkan qəsəbəsi Pioner küçəsində yaşayan Pərvin Əliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı Taleh Əliyev Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.