Makron və Zelenskinin nəyi müzakirə edəcəklər?..

Zelenski və Makron Ukraynanın təcili hərbi və humanitar ehtiyaclarını müzakirə edəcəklər...

Poliqon xəbər verir ki, bu barədə Fransanın Le Figaro qəzəeti Yelisey sarayına istinadən məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskinin Parisdə səfərini gözləyir. Görüş zamanı liderlər Ukraynanın təcili hərbi və humanitar ehtiyaclarını müzakirə edəcəklər.

“Bazar günü Yelisey sarayında şam yeməyi zamanı Emmanuel Makron Vladimir Zelenski ilə Ukraynanın təcili hərbi və humanitar ehtiyaclarına cavab olaraq Fransanın dəstəyini müzakirə edəcək”, deyə Le Figaro xəbər verir.

Xəbərdə Fransa prezidentinin Ukraynanın qanuni hüquqlarının bərpası və fundamental maraqların qorunması məsələsində Fransanın və bütün Avropanın davamlı dəstəyini xatırlatmaq niyyətində olduğu qeyd edilir.

Qeyd edək ki, bu, Zelenskinin bu il Parisə ikinci səfəri olacaq.

Dünən Ukrayna prezidenti Almaniyaya səfər edib, burada prezident Frank-Valter Ştaynmayer və Almaniya kansleri Olaf Şolztsa görüşüb.

Poliqon.info