Lukaşenkonun səhhətində problemlər var...

Səhhətində problemlər olduğu deyilən Lukaşenko Belarusun bayraq günü tədbirlərində iştirak etməyib...

Belarus prezidenti Aleksandr Lukaşenko səhhətində problemlər yarandığı ilə bağlı şayiələr fonunda Dövlət Bayrağı, Gerb və Himni günü tədbirlərində iştirak etməyib.

Poliqon xəbər verir ki, bu barədə müxalif “Zerkalo” nəşri yazıb.

Nəşr qeyd edir ki, Lukaşenko üçün bu mərasimdə iştirak vacib idi, çünki o, beşinci gündür ki, ictimai məkanda görünmür.

Belarus rəsmi saytında bu bayram münasibətilə təbriklər dərc olunub, lakin özü mərasimdə iştirak etməyib. Belarusun Baş naziri Roman Qolovçenko çıxış edib və Lukaşenkonun müraciətini oxuyub.

Belarus prezidentinin vəziyyəti və hətta indi olduğu yer haqqında heç nə məlum deyil. Mayın 9-da Moskva və Minskdə qələbə bayraml qeyd olunandan sonra Lukaşenko ictimai arenada görünmür, onun şəxsi iştirakı ilə heç bir tədbir keçirilmir. Eyni zamanda Lukaşenkonun mətbuat xidməti və rəsmiləri susur.

Qeyd edilir ki, mayın 13-də axşam saatlarında Belarus prezidentinin korteji Prezident Administrasiyasının Respublika Kliniki Tibbi Mərkəzinə gəlib. Bu barədə Euroradio oxuculara istinadən məlumat yayıb.

Belarus lideri Minskdə 9 May Qələbə Günü ilə bağlı keçirilən tədbirlərdə ənənəvi çıxış etməyib.

Poliqon.info