Almaniyada Zelenski “Böyük Karl” mükafatına layiq görülüb

Mükafatlandırma mərasimində Almaniya kansleri Olaf Şolts bildirib ki, Avropa Zelenskiyə çox şey borcludur...

Almaniyada səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski Roma Papasının təltif edildiyi “Böyük Karl” mükafatına layiq görülüb

Poliqon xəbər verir ki, bu barədə Ukrayna mətbuatının məlumatında bildirilir. Mükafat Ukrayna prezidentinə Almaniyanın Axen şəhərində təqdim edilib.

Mükafatlandırma mərasimində Almaniya kansleri Olaf Şolts bildirib ki, Avropa Zelenskiyə çox şey borcludur. Mükafat mərasimində həmçinin Axen şəhərinin meri Sibil Koypen, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Polşanın Baş naziri Mateuş Moravyeçki də iştirak ediblər.

“Böyük Karl” Mükafatı hər il Avropa ölkələrinin birləşməsinə verdiyi töhfəyə görə verilir. Papa Fransisk və Fransa prezidenti Emmanuel Makron son illərdə bu mükafata layiq görülüblər.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolts dövlət səfəri deyil, işgüzar səfər olmasına baxmayaraq, Ukrayna prezidenti Vladimir Zelenskini Berlində hərbi qaravulla qarşılayıb.

Poliqon.info