Şolts Ukraynaya irimiqyaslı hərbi yardım paketinin ayrıldığını təsdiqləyib

Almaniya kansleri Şolts Berlinin Kiyevə 2,7 milyard avro dəyərində irimiqyaslı hərbi yardım verəcəyini təsdiq edib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Almaniya kansleri bu barədə ukraynaca öz Twitter hesabında yazıb.

“Almaniya Ukraynaya əlavə “Leopard-1” döyüş tankları, “Marder” piyada döyüş maşınları və “İris-T” hava hücumundan müdafiə sistemləri də daxil olmaqla 2,7 milyard avro dəyərində yeni hərbi yardım paketi təqdim edir”, deyə Şolts yazıb.

Qeyd edək ki, Almaniyanın Ukraynaya iri həcmdə hərbi yardım edəcəyi ilə bağlı Der Spiegel nəşri məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, yeni paketə 20 “Marder” piyada döyüş maşını, 30 “Leopard-1” tankı, 18 təkərli haubitsa, həmçinin dörd IRIS-T-SLM hava hücumundan müdafiə sistemi və 12 IRIS-T-SLS idarəolunan raket buraxılış qurğusu daxildir.

Xatırladaq ki, mayın 14-də Ukrayna prezidenti Vladimir Zelenski Almaniyaya səfər edib.

Poliqon.info