Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - Yenilənib 

Salyanda elektrik enerjisinin verilişi bərpa olunub.      

"Report"un Aran bürosunun məlumatına görə, bir saatdan çox işıqsız qalan Salyan şəhərinin bir hissəsinə elektrik enerjisinin verilişi bərpa olunub.

Qeyd edək ki, bu gün axşam saatlarında qəfil başlayan güclü külək 10-na yaxın ağacı aşırıb, elektrik xətləri qırılıb və şəhərin bir hissəsi işıqsız qalıb.

***

Salyanda güclü külək ağacları aşırıb, elektrik xətləri qırılıb, şəhərin bir hissəsi işıqsız qalıb.

"Report"un Aran bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində rayonun bir sıra yaşayış məntəqəsində 10-na yaxın ağac aşıb.

Şəhərin Ağa Mirbağır Ağazadə küçəsində ağaclardan biri avtomobillərin üzərinə düşüb. Nəticədə hər iki avtomobil yüngül zədələnib. Həmin küçədə ağacların 10 min kilovoltluq elektrik xəttini sıradan çıxardığıdan şəhərin bir hissəsi işıqsız qalıb.

Hazırda hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Poliqon.info