“Atası ilə danışandan bir saat sonra Məhəmmədin şəhid xəbəri gəldi”

"Məhəmməd çox vətənpərvər idi. Axşam saat 8-də atası ilə danışdı, saat 9-da şəhidlik xəbəri gəldi".

Poliqon.info bizim media-ya istinadla xəbər verir ki, bunu şəhid Məhəmməd Qarayevin əmisi Zöhrab Qarayev deyib.

O bildirib ki, 40 gün sonra M.Qarayevin hərbi xidməti başa çatırdı:

"Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin".

Qeyd edək ki, ötən gün əsgər Məhəmməd Qarayev erməni təxribatı nəticəsində şəhid olub.

Şəhid M.Qarayev bu gün doğulduğu Qəbələdə dəfn olunacaq. 2001-ci il təvəllüdlü Məhəmməd İqtisad Universitetinin (ADİU) məzunu olub. İyun ayında hərbi xidməti başa çatacaqdı. Məhəmməd ailənin tək oğul övladı olub, bir bacısı var.

Poliqon.info