“Sabah” - “Beşiktaş” oyununun hakimləri açıqlanıb

“Sabah” - “Beşiktaş” matçı saat 18:00-da başlayacaq...

“Sabah”la Türkiyənin “Beşiktaş” klubu arasında keçiriləcək xeyriyyə oyununun hakimləri müəyyənləşib.

AFFA-dan verilən məlumata görə, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq yoldaşlıq görüşünü Tural Qurbanov idarə edəcək.

Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Sabah” - “Beşiktaş” matçı saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə olunacaq gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.

Poliqon.info