"Qalatasaray" 3 futbolçu üçün 60 milyon avro istəyir

Stoperdə Viktor Nelsson (24 yaş), sağ cinahda Saşa Boey (22) və ön cinahda Lukas Torreyraya (27) yaxşı təkliflər var...

"Qalatasaray" 3 futbolçusunu sataraq 60 milyon avro gəlir əldə edə bilər.

Poliqon "Milliyət"ə istinadən xəbər verir ki, stoperdə Viktor Nelsson (24 yaş), sağ cinahda Saşa Boey (22) və ön cinahda Lukas Torreyraya (27) yaxşı təkliflər var. Bu mövsüm parlaq çıxışları ilə diqqəti çəkən futbolçular Avropa klublarının maraq dairəsinə düşüb.

"Qalatasaray"ın transfer əməliyyatlarını həyata keçirən Erden Timur bu 3 futbolçu üçün kluba təkliflər olduğunu açıqlasa da, heç biri ilə yolları ayırmaq istəmədiklərini bildirmişdi. Lakin klubun istədiyi məbləğlər ödənəcəyi halda onları satıb yeni futbolçular alacağı iddia olunur.

Məlumata görə, Torreyranı xüsusən İtaliya klubları istəyir. Belə ki, "Milan" və "Fiorentina"nın ciddi şəkildə istədiyi uruqvaylı futbolçu üçün "Qalatasaray" 20-30 milyon avroya arasında məbləğ tələb edir.

Fransa klubları ilə yanaşı, İngiltərə "Kristal Palas"ı Boeyn transferində maraqlıdır. İstanbul klubu bu futbolçu üçün 20-25 milyon avro istəyir.

İspaniyada "Sevilya" və "Betis"i isə Nelsona elçi düşüb. "Qalatasaray" onun üçün 25 milyon tələb edir.

İşlər planlaşdırıldığı kimi getsə, "Qalatasaray"ın bu üç futbolçudan ən azı 60 milyon avro qazanacaq.

Poliqon.info