Lavrov: Rusiya BMT Nizamnaməsinə uyğun olaraq Ukraynaya hücum edib...

Rusiya Xarici İşlər naziri BMT Nizamnaməsinə uyğun olaraq Ukraynaya təcavüz edildiyini deyib...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada xüsusi əməliyyatın keçirilməsini BMT Nizamnaməsinə uyğun olduğunu bildirib.

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda qeyd edib.

“Ukraynada xüsusi əməliyyat BMT Nizamnaməsinin normalarına uyğun həyata keçirilir və bu barədə Moskva BMT-ni xəbərdar edib”, deyə Lavrov bildirib.

O, həmçinin qeyd edib ki, Qərb Rusiyanı beynəlxalq hüququ pozmaqda kinli şəkildə ittiham etməyə çalışır, eyni zamanda bu hüququ Yuqoslaviya, İraq və Liviyada “tapdalayıb”.

Poliqon.info