Macarıstan və Rumıniyanı Azərbaycanla birləşdirəcək layihə: Aİ 45 milyon avro xərcləyəcək...

Avropa İttifaqı Gürcüstanla əlaqəni yaxşılaşdırmaq və Rusiya Federasiyasından keçən xətlərdən asılılığı azaltmaq üçün Qara dəniz üzərindən sualtı internet kabeli çəkməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri Avropa Komissiyasının sənədinə istinadən xəbər verir.

Dəyəri 45 milyon avro və uzunluğu 1100 kilometr olan kabel Aİ-yə üzv dövlətləri Qara dənizin beynəlxalq suları vasitəsilə Qafqazla birləşdirəcək.

Sənədə əsasən, layihə regionun Rusiya ərazisindən keçən yerüstü fiber-optik rabitədən asılılığını azaltmağa yönəlib.

Nəşrin layihə ilə tanış olan mənbəyə istinadən verdiyi məlumata görə, Aİ və Gürcüstan 2021-ci ildə belə kabel çəkilişinə ehtiyac olduğunu müəyyən ediblər, lakin Ukraynadakı münaqişə layihəyə əlavə təkan verib. Eyni zamanda qeyd edilir ki, layihənin həyata keçirilməsinin mümkünlüyü və vaxtı ilə bağlı suallar hələ də qalmaqdadır.

Nəşrin mənbələrinə görə, “Vodafone” Qara dənizdən keçən kabel marşrutunun çəkilməsi imkanlarını da öyrənir. “Kardessa” adlanan layihə Ukraynanı Bolqarıstan, Türkiyə və Gürcüstanla birləşdirəcək, daha sonra yerin altından davam edərək Ermənistan və Qazaxıstana, oradan da Asiyaya qoşulacaq.

Aİ həmçinin blokun “təchizat təhlükəsizliyini” artırmaq üçün Macarıstan və Rumıniyanı Gürcüstan və Azərbaycanla birləşdirəcək "Qlobal Gateway" proqramının bir hissəsi kimi Qara dənizin altından ayrıca elektrik kabeli çəkməyi planlaşdırır.

Poliqon.info