Rusiya büdcəsində kəsir 3,4 trilyona çatır, Peskov “vəziyyət nəzarətdədir” deyir...

Apreldə büdcə kəsiri 1 trilyon rublu ötüb, neft və qaz gəlirlərinin azalması yanvar-mart aylarında 43-46%-dən sonra 64%-ə qədər yüksəlib...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, aprelin sonuna qədər kəsiri 3,4 trilyon rubl və ya 44 milyard dollara çatan büdcə ilə bağlı vəziyyət “tamamilə nəzarətdədir”.

Poliqon xəbər verir ki, o, bu barədə Maliyyə Nazirliyinin vergi daxilolmalarının 22%, neft və qaz gəlirlərinin isə 2 dəfə azalması ilə bağlı məlumatını şərh edərkən danışıb.

“Bizim əslində kifayət qədər yaxşı makroiqtisadi göstəricilərimiz var", deyə prezident sözçüsü bildirib.

Peskov qeyd edib ki, Rusiya “müxtəlif parametrlər baxımından lazımi təhlükəsizlik marjasına malikdir” və həm Maliyyə Nazirliyinin rəsmiləri, həm də Putinin özü bu barədə dəfələrlə danışıb.

Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin ilk dörd ayında federal büdcənin gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22% azalıb. Eyni zamanda, xərclər 26% artıb. Büdcənin ümumi kəsiri 3,42 trilyon rubl təşkil edir. Maliyyə Nazirliyinin illik planında bütün 2023-cü il üçün büdcə kəsiri 2,9 trilyon rubl təşkil etməli idi.

Poliqon.info