Roma Papası Zelenskini mayın 13-də Vatikanda qəbul edə bilər

Roma Papası Fransisk mayın 13-də Vatikanda Ukrayna lideri Vladimir Zelenskini qəbul etməyi planlayır...

Poliqon xəbər verir ki,bu barədə ANSA Agentliyi məlumat yayıb.

“Çox güman ki, Papa şənbə günü Ukrayna prezidenti ilə görüşəcək”, deyə mənbə Agentliyə bildirib.

Alman mətbuatının yazdığına görə, yaxın günlərdə Zelenski Berlində kansler Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə görüşəcək və Roma da bu proqrama daxil ola bilər.

Agentlik vurğulayır ki, hələlik Zelenskinin İtaliya və Vatikana səfərinin rəsmi təsdiqi yoxdur.

Qeyd edək ki. Macarıstanda səfərdə olarkən Roma Papası Fransisk müharibəni dayandırmaq üçün Vatikanın Rusiya və Ukrayna arasında vasitəçilik etdiyini bildirmişdi.

Mart ayında pontifik Ukraynadakı silahlı münaqişənin dayandırılmasına kömək etmək üçün Moskvaya səfər şərti ilə şəxsən Kiyevə gəlməyə hazır olduğunu bildirib.

Poliqon.info