İstanbulda tarixi “Qız Qalasının” bərpadan sonra açılışı olub - Foto

İstanbulda tarixi “Qız Qalasının” (Kız Kulesi) bərpa işlərindən sonra açılışı olub...

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, açılış çərçivəsində şəhər sakinləri və turistlərə qalanın üzərində proyeksiya olunmuş işıq və lazer-şou təqdim olunub.

Minlərcə insan nümyaşi izləmək üçün İstanbulun Üsküdar rayonundakı Salacak sahilinə üz tutub.

Qeyd edək ki, açılışla əlaqıdar mayın sonunadək “Qız Qalası”nı ziyarət etmək ödənişsizdir.

2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bərpa işləri ilə Qalanın daxili hissəsi, xarici görünüşü, estakadası və ətrafı abadlaşdırılıb.

##galery##

Poliqon.info