Ağdamın elektrik enerjisi təsərrüfatına dəymiş ziyan aradan qaldırılıb - Yenilənib

Ağdama dolu yağıb...

Dolu düşməsi nəticəsində Ağdamın elektrik enerjisi təsərrüfatına dəymiş ziyan aradan qaldırılıb.

Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.

“Məlum hadisə nəticəsində bir sıra kəndlərdə elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Dərhal hadisə yerinə “Azərişığın” təmir-bərpa briqadaları gedib və elektrik enerjisinin verilişi qısa zamanda bərpa edilib. Hazırda Ağdam və ölkənin digər regionları keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir”, - V.Mustafayev bildirib.

***

APA-nın yerli bürosu xəbər verir ki, yağıntı rayonun Quzanlı, Mirəşelli, Əhmədağalı, Sarıcalı kəndlərinə düşüb.

Qısa müddət ərzində davam edən dolu, daha sonra leysan yağışla əvəz olunub.

Rayonun bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilə yaranıb.

Hazırda qeyri-sabit hava şəraiti davam edir.

Poliqon.info