NYT: Putin dünyanın ən təhlükəli axmağıdır...

ABŞ-ın nüfuzlu The New York Times qəzeti Putini “dünyanın ən təhlükəli axmaqı” adlandırıb...

Poliqon xəbər verir ki, Amerikanın The New York Times qəzetində “Vladimir Putin dünyanın ən təhlükəli axmağıdır” başlığı ilə məqalə dərc edilib. Məqalənin müəllifi, NYT-nin köşə yazarı və üçqat Pulitzer mükafatı laureatı Tomas Fridman belə qənaətə gəlir ki, Putinin heç vaxt B planı olmayıb və indi o, qalib gələ, uduza və ya dayana bilməz.

Ukraynadakı müharibənin gedişatını təhlil edən Fridman belə qənaətə gəlir ki, Vladimir Putinin heç vaxt B planı olmayıb və o, həqiqətən də Kiyevi tez bir zamanda ələ keçirib, orada oyuncaq hökumət quracağını gözləyirdi. İndi özünü elə vəziyyətə salıb ki, “nə qalib gələ, nə uduza, nə də dayana bilmir”.

Jurnalist yazır ki, ehtiyat strategiyası olmayan Putin mülki infrastrukturun kütləvi şəkildə atəşə tutulmasını Rusiya xalqına böyük qələbə kimi satamağa çalışır və Ukrayna ərazisinin bir hissəsinə nəzarəti ələ keçirmək üçün yorucu bir müharibəyə əl atıb.

“B planı A Planının uğursuzluğunu ört-basdır etməkdir. Bu hərbi əməliyyatın adı olsaydı, “Simamı xilas et” əməliyyatı adlanardı. Baş verənlər hazırkı müharibəni müasir dövrün ən mənasız müharibələrindən birinə çevirir və bir ölkənin prezidenti böyük axmaq olduğunu gizlətmək üçün digər ölkənin mülki infrastrukturunu məhv edir”, deyə Fridman yazır.

Fridmanın fikrincə, müharibəni Rusiya qazansa da, uduzsa da, Putinin istədiyi an bu müharibəni dayandıra bilər. O, vurğulayır ki, Rusiya prezidenti müharibədən narazılıqdan ehtiyatlanır. O, bu səbəbdən müharibədə bu qədər irəli gedib və hər cür fikir ayrılığını vətənə xəyanət hesab edir.

Xatırladaq ki, Ukrayna müharibəsi Moskvanın Rusiyanı təcrid etmək və müharibə aparmaq üçün maliyyə imkanlarından məhrum etmək kursu götürən Qərb dövlətləri ilə münasibətlərini pozub. İşğal başlayan kimi Rusiya Qərbin sanksiyalarına məruz qalıb və Putinin özü və uşaq ombudsmanı Mariya Lvova-Belova haqqında mart ayında Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı verilib.

Poliqon.info