“Vaqner”in lideri Fransa prezidentini hədələyib: Makronun dişlərini qarnına tökərik...

Yevgeni Priqojin “Vaqner” Özəl Hərbi Şirkətinin terrorçu təşkilat kimi tanınmasına görə qəzəblənib...

“Vaqner” Özəl Hərbi Şirkətinin təsisçisi Yevgeni Priqojin bu dəfə Fransa prezidenti Makrona qəzəblənib. Muzdlu ordunu terror təşkilatı elan edən Fransa parlamenti onu hiddətləndirib və Priqojin birbaşa Fransa prezidenti Emmanuel Makronu hədələyib.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri yazıb. Rusiyalı jurnalistlərin sualını cavablandıran Priqojin Fransa parlamentində qəbul edilən qərarla bağlı deyib ki, “Vaqner” Mərkəzi Afrikada sadəcə insanları xilas edir və bu ölkəni Fransız əsgərlərindən təmizləyir. Priqojin qeyd edib ki. Ffransız hərbiçilər sadəcə olaraq Mərkəzi Afrikada yerli əhalini əzməklə məşğuldur.

“Fransızların iyli ağızlarından çürük dişlərini kəlbətinlə çıxarmaq lazımdır. Biz Makronun dişlərini qarnına tökə bilərik”, deyə Priqojin bildirib.

Poliqon.info