NATO Çini təhlükə hesab etmir...

NATO hərbi komandanlığı Pekini alyans üçün hərbi təhlükə hesab etmir. Bu baxımdan hərbi-siyasi blok Çinlə bağlı planlar hazırlamır...

Poliqon xəbər verir ki, bu açıqlama ilə NATO Hərbi Komitəsinin sədri Rob Bauer çıxış edib.

“Biz Çini təhdid kimi yox, çağırış kimi qiymətləndiririk”, deyə Bauer bildirib. Onun sözlərinə görə, Şimali Atlantika Alyansı daha çox beynəlxalq terrorizmi təhlükə hesab edir. Buna görə də hərbi komandanlıq terrorçularla qarşıdurma ilə bağlı planlar hazırlayır.

Atırladaq ki, 2022-ci ilin sonunda NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Çin Şimali Atlantika Alyansı tərəfindən düşmən kimi qəbul edilmir. Bununla belə, onun sözlərinə görə, bu ölkə NATO-nun təhlükəsizliyinə təhlükə yaradır.

Poliqon.info