Bayden ABŞ-ın degolt olmasını istisna etmir...

Prezident Bayden hesab edir ki, ABŞ-ın defoltu bütün dünya üçün problemlərlə nəticələnəcək...
“ABŞ-da mümkün defolt bütün dünyanı problemlərlə təhdid edir”.

Poliqon xəbər verir ki, bunu Amerika prezidenti Co Bayden bildirib.

“Əgər borcumuzu ödəməsək, bütün dünya problemlə üzləşər”, deyə Amerika liderinin çərşənbə günü bildirib.

ABŞ prezidenti hesab edir ki, indiki böhranı respublikaçılar yaradıb, çünki Vaşinqtonun borclarını ödəmək imkanı var. Ağ Evin rəhbəri qeyd edib ki, onun fikrincə, defolt halında ölkə iqtisadiyyatı tənəzzülə gedəcək və ABŞ-ın beynəlxalq reputasiyası böyük zərər görəcək.

Bayden daha əvvəl Konqresin iştirakı olmadan ölkədə federal borc üzrə potensial defoltun qarşısının alınmasının mümkünlüyü barədə düşündüyünü dilə gətirmişdi.

“Mən ABŞ Konstitusiyasına 14-cü düzəlişi nəzərdən keçirirəm”, deyə prezident vurğulamışdı.

Konqresin aşağı palatasına nəzarət edən Respublikaçılar Partiyasının nümayəndələri “tavan”ın artırılmasını dövlət xərclərinin azaldılması proqramının qəbulu ilə əlaqələndirirlər. Eyni zamanda, Ağ Evin rəhbəri heç bir müşayiətedici şərt olmadan borc limitlərinin genişləndirilməsində israrlıdır.

Ağ Ev hesab edir ki, ABŞ-ın milli borcunu ödəməməsi Çin və Rusiyaya hədiyyə olacaq. Ona görə də Bayden hesab edir ki, Konqres öz işini görməli və defoltun qarşısını almalıdır.

Poliqon.info