Vatikan: Moskva və Kiyev anlaşılmazlıqları aradan qaldırıblar...

Vatikanın dövlət katibi Rusiya və Ukrayna ilə arasında təmaslardan bəhs edib...
“Rusiya və Ukrayna tərəfləri Vatikanın sülh missiyasından xəbərsiz olduqlarını bildiriblər. Lakin bu məsələ ilə bağlı artıq təmaslar olub”.

Poliqon xəbər verir ki, bu bunu çərşənbə günü, mayın 10-da Vatikanın dövlət katibi, kardinal Pietro Parolin məlumat verib. Vatikanın dövlət katibinin sözlərini ANSA Agentliyi sitat gətirib.

“İnanıram ki, bu missiya davam edəcək. Moskva və Kiyev təmaslar zamanı anlaşılmazlıqları aradan qaldırıblar. Amma bu missiya ilə bağlı xəbərlər məxfidir”, deyə kardinal bildirib.

Xatırladaq ki, Papa Fransisk daha əvvəl bildirmişdi ki, Vatikan Ukrayna böhranını həll etmək üçün dinc missiya yerinə yetirir.

Poliqon.info