2023-cü ilin ən populyar 10 turizm şəhəri - Siyahı

2023-cü ilin yayı üçün dünyanın ən populyar 10 turizm istiqaməti açıqlanıb...

Poliqon xəbər verir ki, siyahını turistlər üçün dünyanın ən böyük platforması olan “TripAdvisor” hazırlayıb.Paris davam aksiyalara baxmayaraq, 2023-cü ilin yayında dünyanın ən populyar turizm istiqamətləri siyahısına başçılıq edir. Maraqlıdır ki, ölkədəki qalmaqallı pensiya islahatının səbəb olduğu uzunmüddətli tətillər, küçə etirazları və ciddi iğtişaşlar belə turistləri Parisə getməkdən çəkindirməyib.

Siyahıda hımçinin ABŞ-dan 2, Böyük Britaniya, İtaliya, Meksika, İspaniya, Türkiyə, Niderland və Karibdən 1 şəhər yer alıb.

2023-cü ilin yayında dünyanın ən populyar 10 turizm istiqaməti

1. Paris (Fransa).2. London (Böyük Britaniya).3. Roma (İtaliya).4. Kankun (Meksika).5. Barselona (İspaniya).6. Nyu-York (ABŞ).7. Antalya (Türkiyə).8. Punta Cana (Dominikan).9. Orlando (ABŞ).10. Amsterdam (Hollandiya).

Poliqon.info