ABŞ-ın Rusiyaya qarşı Afrika savaşı - Vaşinqton qara qitədə Moskvaya qarşı mübarizə strategiyasını dəyişib...

“Vaqner” Özəl Hərbi Şirkət də daxil olmaqla Rusiyanın Afrikada artan təsiri ilə mübarizə aparmaq üçün Ağ Ev Moskvanın qitədəki müttəfiqləri ilə fəaliyyəti haqqında kəşfiyyat məlumatlarını paylaşmağa başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşridörd ABŞ rəsmisinə istinadən yazırb. Nəşr qeyd edir ki, əvvəllər ABŞ Rusiyanın Avropada təsiri ilə eyni şəkildə mübarizə aparırdı.

Ağ Ev Moskvanın Afrikada iqtisadi və hərbi sahədə möhkəmlənməsinin qarşısını almağa çalışır. Birləşmiş Ştatlar bunu əvvəllər Vaşinqtonla işləmiş ölkələrlə də müzakirə edir.

Son aylarda ABŞ “Vaqner” ÖHŞ-nin Çad Prezidentinə sui-qəsd planı, eləcə də qrupun Afrikadakı əsas təbii sərvət hasilatı sahələrinə nəzarəti ələ keçirmək cəhdləri ilə bağlı kəşfiyyat məlumatları paylaşıb. Politico-nun mənbələri deyirlər ki, Vaşinqtonun məqsədi Afrika rəsmilərini qrupun sülhü bərpa etmək vədlərinə baxmayaraqÖHŞ-lərlə işləmək uzunmüddətli perspektivdə necə fəsad törədə biləcəyi barədə məlumatlandırmaqdır. Nəşrin fikrincə, belə strategiya eyni vaxtda müttəfiqləri təhdidlər barədə xəbərdar etməli, həmçinin ABŞ-ın onların fəaliyyəti barədə bildiyi rəqibləri xəbərdar etməlidir.

Ağ Ev həmçinin Afrika ölkələrini “Vaqner qrupu”nun mövcudluğunun biznesə zərər verdiyinə inandırmaq üçün kəşfiyyat məlumatlarının mübadiləsi strategiyasından istifadə edir. Qrupun hansısa Afrika ölkəsində olması ticarətə və investisiyaya zərər verə bilər, deyə Politico yazır.

Birləşmiş Ştatlar ümumiyyətlə məlumat mənbələrini qorumaq üçün kəşfiyyat məlumatlarının yayılmasına daha ehtiyatlı yanaşır. “Vaqner”lə bağlı məlumat mübadiləsinə Vaşinqtonun kəşfiyyat agentlikləri ilə möhkəm əlaqələr saxlamadığı ölkələr də daxildir. Son aylarda ABŞ rəsmiləri Mərkəzi Afrika Respublikası, Çad, Ruanda, Burkina Faso və Konqo Demokratik Respublikası və digər dövlətlərin rəsmiləri ilə danışıqlar aparıblar.

Politico-nun həmsöhbətləri Afrika ölkələri ilə kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirməyin səbəblərindən biri kimi göstərirlər ki, “Vaqner” ÖHŞ Afrikadakı mədən ehtiyatlarından əldə etdiyi gəlirləri Ukraynadakı müharibəni maliyyələşdirmək üçün istifadə edə bilər.

Xatırladaq ki, son illərdə Rusiya Afrika ölkələrinə “Vaqner” ÖHŞ muzdluları göndərməklə, Afrikada təsirini artırır. Qrup bir çox Afrika ölkələrində, o cümlədən Mərkəzi Afrika Respublikası, Mali, Liviya, Şimali və Cənubi Sudan və başqalarında mövcuddur.

Politico-nun yanvar ayında yazdığı kimi, “Vaqner” ÖHŞ ötən il ərzində CAR-dakı fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib və onun ölkədə qızıl hasilatından əldə etdiyi gəlir, demək olar ki, 1 milyard dollara qədər yüksələ bilər.

Poliqon.info