“Nemezis” abidəsi və yenidən korlanan Türkiyə-Ermənistan münasibətləri...

İrəvanda “Nemezis” abidəsinin qoyulması Türkiyə ilə Ermənistan arasında yeni gərginliyə yol açıb...

Politoloq: “Ermənistan “Nemezis” abidəsini açmaqla özünün məntiqsiz hərəkətləri ilə dalana dirənmək addımlarına bir yenisini də əlavə etdi”.

“Türkiyənin bu məsələ ilə əlaqəli göstərdiyi reaksiyanın yerində olduğu fikrindəyəm və bu halda danışıqların davam etdiriləcəyinə inanmıram”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyə və Ermənistan arasında yaranan yeni gərginliyi Poliqon-a şərh edərkən qeyd edib.

İrəvanda “Nemezis” abidəsinin qoyulması Türkiyə ilə Ermənistan arasında yeni gərginliyə yol açıb və bu faktiki olaraq Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin dayanması anlamına gəlir.

Bəs bu problemin həll yolu mümkündürmü və İrəvanda “Nemezis” abidəsi qaldığı halda Türkiyə-Ermənistan danışıqlarının davam etməsini mümkün hesab etmək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Belə bir abidənin qoyulmasının özü erməni cəmiyyətinin terrorist mahiyyətini ortaya qoyur”.

Abidəni dövlətin razılığı ilə açıldığını vurğulayan politoloq Poliqon-a bildirib ki, məqsədli şəkildə Türkiyə-Ermənistan münasibətlərində gərginlik yaratmaq, tərəflər arasındakı yaxınlaşmanın qarşısını almaq üçün belə bir addım atıldı:

“Ermənistan “Nemezis” abidəsini açmaqla özünün məntiqsiz hərəkətləri ilə dalana dirənmək addımlarına bir yenisini də əlavə etdi. Nə qədər də Paşinyan ölkəsinin guya demokratik cəmiyyət olmasının belə halların qarşısını dövlətin almasının mümkün olmaması ilə əlaqələndirməklə razı olmadığını desə də.

Belə bir abidənin qoyulmasının özü erməni cəmiyyətinin terrorist mahiyyətini ortaya qoyur. Bunun ilk fakt olmaması isə əslində erməni toplumunun tarixdən gələn gen yaddaşının onların müasir dünya ilə uyğun gəlmədiyini, bu toplumun həqiqətən də ciddi islaha ehtiyacı olduğu fikrini ortaya qoyur. Erməni cəmiyyəti müasir dünya üçün təhlükə mənbəyidir.

Azər Qasımov: “Azərbaycan və Türkiyənin Ermənistana qarşı mülayim addımlarını da doğru hesab etmirəm. Ermənistanla ancaq güc və təzyiq dili ilə danışmaq lazımdır”.

Türkiyənin bu məsələ ilə əlaqəli göstərdiyi reaksiyanın yerində olduğu fikrindəyəm və bu halda danışıqların davam etdiriləcəyinə inanmıram. Abidə götürülməlidir. Hesab edirəm ki, bu abidənin hazırlanması üçün müəyyən müddət tələb olunur. Abidənin qoyulacağı yer üçün dövlətə müraciət edilməlidir. Görünən odur ki, abidə dövlətin razılığı ilə açılıb. Məqsədli şəkildə Türkiyə-Ermənistan münasibətlərində gərginlik yaratmaq, tərəflər arasındakı yaxınlaşmanın qarşısını almaq üçün belə bir addım atıldı.

Problemin həllinin abidə sökülməyincə mümkün olmadığı qənaətindəyəm. Amma erməni tərəfinin də buna gedəcəyi sual altındadır. Ümumiyyətlə, hesab edirəm ki, erməni tərəfinin Azərbaycan və Türkiyə ilə münasibətlərinin düzələcəyi fikrinə inanmaq sadəlövhlükdür. Ermənistan cəmiyyəti və dövləti heç bir halda öz xoşuna buna razı olmayacaq. Azərbaycan və Türkiyənin Ermənistana qarşı mülayim addımlarını da doğru hesab etmirəm. Ermənistanla ancaq güc və təzyiq dili ilə danışmaq lazımdır. Ermənistan ancaq bu dildən anlayır”.

Nərminə UMUDLU Poliqon.info