Bloomberg: Avropa İttifaqı Ermənistan şirkətlərinə sanksiyalar tətbiq edir...

Erməni şirkətləri Rusiyaya kömək etdikləri üçün Aİ-nin yeni sanksiyalar paketinə daxil edilib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi Avropa Komissiyasının ixtiyarında olan sənədlərinə istinadən məlumat yayıb. Qeyd edilir ki, erməni şirkətləri Aİ-nin yeni sanksiyalar paketinə daxildir.

Agentliyin yazdığına görə, yeni sanksiyalar Ermənistan, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistandan olan 35-dən çox şirkətə təsir edəcək. Bloomberg onların adlarını açıqlamayıb.

Nəşrin yazdığına görə, Aİ erməni şirkətlərini Qərbin sanksiyalarından yan keçərək Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verməkdə şübhələnri. Bloomberg hesab edir ki, şəxsi sanksiyalar təxminən 70 nəfərə təsir edəcək, lakin nəşronların adlarını və vətəndaşlığını açıqlamayıb.

“Avropa Komissiyası ikili təyinatlı mallar və texnologiyalar, eləcə də Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji təkmilləşdirilməsinə töhfə verə biləcək mal və texnologiyalar üzrə ixrac məhdudiyyətlərinin sərtləşdirilməsinə çağırıb”, deyə AK sənədlərindən birində deyilir.

Aİ-nin təklif etdiyi sanksiyalar paketinin əsas məqsədi artıq görülmüş tədbirlərdəki boşluqları aradan qaldırmaq, həmçinin blokun öz məhdudiyyətlərini yerinə yetirmək qabiliyyətini gücləndirməkdir. “Əgər bu işə yaramasa, Aİ ikinci addım olaraq əsas mallara məqsədyönlü məhdudiyyətlər tətbiq edə bilər”, deyə nəşr AK sənədlərinə istinadən iddia edir.

Bundan əlavə, Bild nəşri Almaniya sənayesindən Qərbin sanksiyalarından yan keçməklə MDB ölkələri vasitəsilə Rusiyaya mal ixracına dair araşdırma dərc edib. Almaniyanın Federal Statistika İdarəsinin məlumatına görə, Ukraynada münaqişənin başlamasından və Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra Almaniyadan Ermənistan, Qazaxıstan və Gürcüstana ixrac ikiqat artıb, deyə Almaniya nəşri iddia edir.

Bild-in məlumatına görə, Almaniya hakimiyyəti mallarının Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixrac edildiyikdən sonra Qərbin sanksiyalarından yan keçərək Rusiyaya idxal olunduğundan şübhələnirdi. Nəşr Almaniya İqtisadiyyatının Şərq Komitəsinin 2022-ci il üçün hesablamalarına istinad edərək, Almaniyadan Ermənistana ixracın yüzlərlə faiz artdığını qeyd edib:

avtomobillər və avtomobil hissələri - 761%;

kimya məhsulları — 110%;

elektrik avadanlıqları - 344%;

ağac məmulatları - 301%.

Bild-in məqaləsinə görə, alman hakimiyyəti bu cür statistikanı “qəbuledilməz” hesab edib.

Qeyd edək ki, daha əvvəl vergi və ticarət sahəsində yüksək rütbəli Qərb rəsmiləri sanksiyalardan yan keçərək Ermənistan və Qazaxıstan vasitəsilə Qərb ölkələrindən Rusiyaya hərbi texnologiyaların tədarükünün artdığını qeyd etmişdilər. The New York Times qəzeti ABŞ-ın Sənaye və Təhlükəsizlik Bürosunun möhürü olan sənədə istinadən aprel ayında yazıb ki, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515%, Aİ-dən isə 212% çox çip və prosessor idxal edib. “Sonra Ermənistan həmin məhsulların 97%-ni Rusiyaya reeksport edib”, deyə qəzet əlavə edib.

Ermənistanın baş naziri Nikol Paşinyan martın 2-də Berlində Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında deyib ki, Ermənistan Rusiyaya Qərb məhdudiyyətlərindən yan keçməyə kömək etmir.

Poliqon.info