İlon Mask: WhatsApp-a etibar etmək olmaz...

Amerikalı iş adamı İlon Mask özünün Twitter sosial şəbəkəsində “WhatsApp” messencerinə etibar edilməməsi ilə bağlı fikir bildirib...

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Mask başqa bir istifadəçinin yatarkən proqramın bir neçə dəfə mikrofondan istifadə etməsi ilə bağlı mesajına cavabında bunu yazıb.

“WhatsApp-a etibar etmək olmaz” deyə iş adamı yazıb.

Mask həmçinin tətbiqin Meta şirkətinə aid olduğu mesajına cavab olaraq qeyd edib ki, WhatsApp-ın təsisçiləri onu ikrah hissi ilə tərk edib və Facebook-a qarşı kampaniyaya başlayıblar.

Maskın sözlərinə görə, istifadəçiləri Facebook haqqında öyrəndikləri və messencerdə edilən dəyişikliklərdən narahat olublar.

Poliqon.info