Priqojin Putini hədələdi: Qələbə paradı bitənə qədər vaxtınız var...

“Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya lideri Vladimir Putinə hədələyici ultimatum göndərib...

“AzPolitika.info” xəbər verir ki, Priqojin bildirib ki, əgər “Vaqner” lazımı döyüş sursatıyla təmin olunmasa, o, cəbhədəki vəziyyətlə bağlı həqiqəti açıqlayacaq və bununla bağlı video yayımlayacaq.

“Vaqner” lideri Putinə Moskvadakı paradın bitməsinə qədər vaxt verib: “Biz tam videonu göstərəcəyik, orada döyüş sursatı ilə bağlı vəziyyəti deyəcəm. Qələbə paradı başa çatana qədər vaxtınız var. Əgər dərhal döyüş sursatı alsaq, onda videonu göstərməyəcəyik”.

Xatırladaq ki, mayın 3-də Priqojin susrsat çatışmazlığı səbəbindən “Vaqner”in Baxmutdan ayrılacağını bildirmişdi. Lakin o, ötən gün Rusiya Müdafiə Nazirliyinin “Vaqner”in lazımı döyüş sursatlarıyla təmin olunacağına dair söz verdiyini, bunun üçün də Baxmutu tərk etməyəcəklərini bildirib.

Poliqon.info