Avropa Komissiyasının rəhbəri Kiyevdədir

“Çox qiymətləndirdiyimiz dəyərlərin hər gün qorunduğu Kiyevə qayıtdığım üçün şadam”...

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukrayna paytaxtına səfər edib.

Oxu.Az-ın məlumata görə, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

“Çox qiymətləndirdiyimiz dəyərlərin hər gün qorunduğu Kiyevə qayıtdığım üçün şadam”, - deyə AK rəhbəri bildirib.

Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 Mayı Avropa Günü kimi qeyd etmək qərarını alqışladığını da vurğulayıb.

“Bura Avropa Gününü qeyd etmək üçün çox münasib yerdir”, - deyə o əlavə edib.

Poliqon.info