Bakıda 32 yaşlı kişi bıçaqlanıb

Yaralı aldığı xəsarətlərdən müalicə olunması üçün Sabunçu Tibb Mərkəzinə yerləşdirilib...

Bakıda 32 yaşlı kişi bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə mayın 9-u saat 01:00 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Məmmədov Emil Nurməmməd oğlu naməlum səbəbdən, döş qəfəsinin 1 bıçaq xəsarəti alıb.

Yaralı aldığı xəsarətlərdən müalicə olunması üçün Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hadisəni törətmiş şəxsin şəxsiyyətinin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Poliqon.info