Messinin “Əl-Hilal”a transferi üçün yeganə şərt bəlli oldu

PSJ-nin argentinalı hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transferi üçün yeganə şərt bəlli olub...

Bu barədə TN-nin müxbiri Pablo Qravellone “Twitter”də yazıb.

Jurnalistin fikrincə, hücumçu yalnız “Barselona”ya transfer oluna bilməyəcəyi təqdirdə “Əl-Hilal”a keçəcək.

“TyC Sports”un müxbiri Qaston Edoul isə əlavə edib ki, Messi hələ Səudiyyə klubunun təklifini qəbul etməyib və gələcək planları ilə bağlı 2022/2023 mövsümü başa çatdıqdan sonra qərar vermək niyyətindədir.Xatırladaq ki, daha əvvəl “Əl-Hilal”ın argentinalıya ildə 400 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Qeyd edək ki Messi 2021-ci ilin avqustunda PSJ ilə müqavilə imzalayıb. Müqavilənin müddəti 2023-cü ilin iyun ayına qədərdir. Bundan öncə isə hücumçu karyerası boyu “Barselona”da çıxış edib və bu komandada on dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub.

Poliqon.info